Bank Of Baku

Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının təhsil nazirini qəbul edib

Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının təhsil nazirini qəbul edib
# 18 yanvar 2007 17:07 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının təhsil naziri Xalid əl-Ənqarini qəbul edib. APA-nın məlumatına görə, qonağı salamlayan Şeyx Səudiyyə Ərəbistanının Azərbaycana dost ölkə olduğunu, Qarabağ məsələsində daim Azərbaycanın yanında olduğunu vurğulayıb. Hacı Allahşükür Paşazadə Azərbaycanın tolerant ölkə olduğunu da diqqətə çəkib: “Bizim ölkəmizdə müsəlman-xristian, sünni-şiə qarşıdurması yoxdur”.
Səmimi qəbula görə Şeyxə təşəkkürünü bildirən Səudiyyə Ərəbistanının təhsil naziri səfərinin məqsədi barədə məlumat verib. Hacı Allahşükür Paşazadəni tolerantlıq nümunəsi adlandıran Xalid əl-Ənqari ona Kəbə örtüyündən bir parça hədiyyə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR