Bank Of Baku

Azərbaycanın Ukraynada səfiri Tələt Əliyev: “Ukraynadakı soydaşlarımızın miqrasiya problemləri ilə üzləşməməsi üçün lazımi tədbirlər görülür”

Azərbaycanın Ukraynada səfiri Tələt Əliyev: “Ukraynadakı soydaşlarımızın miqrasiya problemləri ilə üzləşməməsi üçün lazımi tədbirlər görülür”
# 18 yanvar 2007 17:47 (UTC +04:00)
Bu barədə APA-ya açıqlama verən səfir Tələt Əliyev görüşün səmərəli keçdiyini bildirib. “Görüş zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında əlaqələrin genişləndirilməsi, hərtərəfli məsləhətlər və tövsiyələr vermək üçün mütəxəssislərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi qərara alındı. Bundan başqa Aleksandr Lavrinoviç Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovu Ukraynaya dəvət etdi. Bu dəvəti yaxın günlərdə ünvanına çatdıracağıq”. Rusiyada tətbiq olunan yeni miqrasiya qanunvericiliyinin oradakı azərbaycanlı miqrantlara mənfi təsir göstərdiyini deyən Tələt Əliyev Ukraynadakı soydaşlarımızın analoji problemlərlə üzləşməməsi üçün lazımi tədbirlər görüldüyünü deyib. “Hazırda Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır, onların 20 faizi Ukrayna vətəndaşı, qalanları isə bu ölkədə müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarıdır. Onların problemlərini öyrənmək üçün səfirliyin əməkdaşları regionlara ezam olunur. Şəxsən mən özüm Kiyevdə mindən çox azərbaycanlının çalışdığı meyvə-tərəvəzin topdan satışı ilə məşğul olan “Troeşşno” bazarında vətəndaşlarımızın problemləri ilə tanış olmuşam. Yanvarın 16-dan həmin bazarda vətəndaşlarımızın milis tərəfindən incidilməsi ilə bağlı faktları öyrənmək üçün növbətçilik rejimi tətbiq olunur, növbətçilik ayın sonuna kimi davam edəcək. Növbətçiliyin məqsədi azərbaycanlıların problemlərini, milisin onlara qarşı qanunsuz iddialarını öyrənməkdir”. Tələt Əliyev gələn ay Ukrayna daxili işlər naziri və onun birinci müavini ilə görüşəcəyini, vətəndaşlarımıza qarşı neqativ hərəkətlərə son qoyulması üçün lazımi tədbirlərin görülməsini tələb edəcəyini deyib. Hazırda Ukraynanın islah-əmək müəssisələrində 160-a yaxın azərbaycanlının cəza çəkdiyini deyən səfir ədliyyə naziri Aleksandr Lavrinoviç ilə görüşdə onların problemləri ilə bağlı müzakirələr apardığını deyib. “Azərbaycanlı məhbuslardan öz cəzasını Azərbaycanda çəkmək istəyənlər olanda, biz onların müraciətlərini araşdırırıq. Belə olan halda həmin məhbuslar iki ölkənin müvafiq qanunvericiliyinə uyğun olaraq öz ölkəsinə təhvil verilir. Hazırda isə belə müraciət yoxdur”. Tələt Əliyev səfirliyin əməkdaşlarının Ukraynanın müxtəlif regionlarında azərbaycanlıların cəza çəkdikləri islah-əmək müəssisələrinə ezam olunaraq onların saxlanma şəraitləri ilə maraqlanacaqlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR