Bank Of Baku

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov İranın Şərqi Azərbaycan vilayətinin ostandarı Məhəmmədkazım Memarzadəni qəbul edib

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov İranın Şərqi Azərbaycan vilayətinin ostandarı Məhəmmədkazım Memarzadəni qəbul edib
# 19 yanvar 2007 08:31 (UTC +04:00)
Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikası Şərqi Azərbaycan vilayətinin ostandarı Məhəmmədkazım Memarzadə və onu müşayiət edən heyətin üzvlərini qəbul edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, V.Talıbov Naxçıvan MR-lə Şərqi Azərbaycan vilayəti arasında əlaqələrin möhkəmlənməsində hər iki tərəfə uğurlar arzulayıb. O, bu əlaqələrin daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib: “Hər iki ölkənin rəhbərləri bu əlaqələrin inkişafında maraqlıdırlar. Azərbaycan tərəfi maraqlıdır ki, əlaqələr daim genişlənsin, vizasız rejimə keçilsin, siyasi, iqtisadi və mədəni əlaqələrimiz daha da möhkəmlənsin. Culfada yeni gömrük kompleksinin istifadəyə verilməsi bu sahədə növbəti addımdır”.
Naxçıvana bundan əvvəl üç dəfə gəldiyini xatırladan Şərqi Azərbaycan ostandarı Məhəmmədkazım Memarzadə Naxçıvan MR-lə iqtisadi, ticarət və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün lazımi şərait yaradılmasına çalışacaqlarını deyib və V.Talıbovu Şərqi Azərbaycan vilayətinə səfərə dəvət edib. Görüşdə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov, Təbrizdəki baş konsulu Ayxan
Süleymanov və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Nasir Həmidi Zare iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR