Bank Of Baku

İsfəndiyar Vahabzadə: “Azərbaycanın Moldovada diasporu kifayət qədər mütəşəkkildir”

İsfəndiyar Vahabzadə: “Azərbaycanın Moldovada diasporu kifayət qədər mütəşəkkildir”
# 20 yanvar 2007 10:30 (UTC +04:00)
“Azərbaycanın Moldovada fəaliyyət göstərən səfirliyinin fəaliyyətində uğurlar birbaşa bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun adı ilə bağlıdır”. Bu açıqlamanı APA-ya Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə verib. O, bu ölkədə fəaliyyət göstərən erməni icmasının təşkil etmək istədiyi “Artsaxın səsi” adlı xeyriyyə konsertinin qarşısının məhz səfirlik və Azərbaycan diasporunun ölkə rəhbərliyi qarşısında qaldırdığı təşəbbüs nəticəsində alındığını bildirib. “Bu konsertin qarşısı Azərbaycan səfirliyi ilə diasporunun ölkə rəhbərliyi qarşısında qaldırdığı məsələ vasitəsilə alınıb. Azərbaycanın Moldovada diasporu mütəşəkkildir və səfirlik ilə birlikdə vətənimizin təbliğatı istiqamətində məqsədyönlü iş aparır”. Səfir APA-ya verdiyi müsahibəsində “Azpetrol” şirkəti ilə bağlı heç bir ifadə işlətmədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR