Bank Of Baku

20 yanvar faciəsinin ildönümü münasibətilə Azərbaycanın bütün bölgələrində anım mərasimləri keçirilib

20 yanvar faciəsinin ildönümü münasibətilə Azərbaycanın bütün bölgələrində anım mərasimləri keçirilib
# 20 yanvar 2007 09:48 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün səhər Goranboy rayonun Veyifli kəndində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidənin qarşısında rayon icra strukturları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib. Mərasimində şəhidlərin Azərbaycanın müstəqillik qazanmasında oynadığı roldan danışılıb, şəhidlərin ruhuna dualar oxunub, məzarlar üzərinə çiçəklər qoyulub. Tədbir başa çatdıqdan sonra, rayonun Muzdlular kəndində 20 yanvar faciəsinin qurbanı İlqar Kərimovun məzarı ziyarət olunub. Faciənin ildönümü Bərdə, Tərtər və Ağdamda da qeyd olunub. APA-nın Cənub bürosunun məlumatına görə, faciənin ildönümü Lənkəran şəhərində də qeyd olunub. Şəhərin dövlət qurumlarının nümayəndələri mikrorayon ərazisində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor və məktəblilərin ifasında “Səhidlər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Teatrın foyesində şəhərin gənc rəssamlarının qanlı yanvar hadisələrini əks etdirən rəsm əsərləri nümayiş etdirilib. Dünən Lənkəran şəhər icra hakimiyyəti nümayəndələri və iş adamları şəhid ailələrinə və 20 yanvar əlillərinə yardımlar göstəriblər. Analoji tədbirlər Astara, Lerik, Yardımlı, Cəlilabad, Masallı rayonlarında da qeyd olunub. Bu gün həmçinin rayon məscidlərində şəhidlərin xatirəsinə ehsan süfrələri açılacaq. APA-nın Gəncə, Naxçıvan, Şimal, Mil-Muğan və Dağıstan bürolarının məlumatına görə, 20 yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar bu bölgələrdə də anım mərasimləri keçirilib. Tədbirlərdə şəhidlərin dualar oxunub, ehsan verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR