Bank Of Baku

Süleyman Dəmirəl: “Dünyada bütün erməniləri birləşdirən əsas nöqtə - türk düşmənçiliyidir”

Süleyman Dəmirəl: “Dünyada bütün erməniləri birləşdirən əsas nöqtə - türk düşmənçiliyidir”
# 22 yanvar 2007 08:58 (UTC +04:00)
- ABŞ Konqresində yenidən gündəmə gətirilən qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinin qəbul edilmə ehtimalı yüksəkdir. Yaranmış vəziyyəti necə dəyərləndirirsiniz?
- Dünyada ermənilərin Türkiyə və türklərə qarşı düşmənçiliyi davam edir. Əslində dünyada bütün erməniləri birləşdirən əsas nöqtə - türk düşmənçiliyidir. Onlar özləri gördükləri işlərin üstünü ört-basdır edirlər. Ermənilər 50-yə yaxın türk diplomatının şəhid ediblər, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində minlərlə insanı qanına qəltan ediblər. Ermənilər hələ də işğal etdikləri Azərbaycan torpaqlarından çıxmayıblar. Dünyada heç kəs bunları görmür, dünyanın gördüyü yeganə şey 90 il əvvəl müharibə vəziyyətində baş vermiş və tarixdə qalmış hadisələrdir. İndiyə kimi ABŞ Konqresində ermənilərin Türkiyəni “soyqırımı”nda ittiham cəhdləri müvəffəqiyyət qazanmayıb. Ancaq bu dəfə qanun layihəsinin qəbul olunacağı gözlənilir. ABŞ-da keçirilən son seçkilərdə demokratlar Konqresdə üstünlüyü ələ keçirib. Konqresdə belə bir qərar qəbul edilsə belə, bunun bir dəyəri olmadığına ümid edirəm. Çünki, bu qərarın həyata keçirilməsi mümkün deyil. Bu, ictimai mübarizədir, bundan nə çıxaracaqlar, Türkiyədən nə əldə edə biləcəklər? Əvvəllər olduğu kimi, ABŞ prezidentinin bu qərarın qəbuluna mane olacağına ümid edirəm. Ancaq indiki vəziyyətdə prezidentin qərarı əngəlləmək üçün gücü olmasa da, veto qoya bilər. Türkiyə belə şeylərə öyrəşmiş bir ölkədir, çünki biz dünyada öz gücü sayəsində ayaqları üstündə duran bir ölkəyik. Biz öz ayaqlarımız üstə duran zaman dünyanın düşmənçiliyini də üstümüzə çəkmək istəmirik. Ancaq haqsızlıqlara qarşı mübarizə aparan zaman ayaqda durmağımız çox önəmlidir. Belə bir məsələni başqa şəkildə həll etmək mümkün deyil. Əslində tarixin görəcəyi işləri siyasətçilər görməyə çalışır. 90 il əvvəl baş verən hadisələrə tarix elmi qiymət verməlidir, təəssüf ki, tarixçilərin yerinə siyasətçilər qərar verir.
- Türkiyə xarici işlər naziri “erməni məsələsi”ni Türkiyəni təhdidi edən ikinci önəmli məsələ adlandırıb. Söhbət hansı təhdiddən gedir?
- Önəmli təhdid - dünyada bizə qarşı ictimai düşmənçilik yaratmaqlarıdır. Bu ictimai düşmənçiliklərin Türkiyənin mənafeyini nə qədər baltalaması başqa bir məsələdir. Əlbəttə ki, Türkiyəyə ziyan vururlar. Ancaq Türkiyə bütün bunlara sinə gərmək məcburiyyətindədir, başqa çarəmiz yoxdur.
- Qondarma ”˜soyqırım”™ iddiaları ilə bağlı hökumətin Ermənistana bəzi təklifləri oldu, ancaq bu təkliflərə müsbət cavab alınmayıb. Sizcə, İrəvana qarşı ”˜yumşalma”™ siyasəti mənasız işdirmi?
- Onların məqsədi hər hansı problemi həll etmək deyil, məqsəd illərdən bəri yürütdükləri böhtan və qaralama siyasətini davam etdirməkdir. Əgər bir adam gəlib onların dediyini həyata keçirsə belə, ermənilər yeni böhtan və bəhanələr tapacaqlar. Ermənilər böhtan xəstəliyi ilə yaşayırlar.
- Türkiyə və Azərbaycan bu böhtan və işğalçılıq siyasətinə qarşı qüvvələri necə birləşdirməlidir?
- Azərbaycanla Türkiyə onsuz da birdir. Azərbaycanın Türkiyədən, Türkiyənin isə Azərbaycandan başqa heç bir dostu olmasa da, olar. Yəni, biz bir millətin iki dövlətiyik. Bu qardaşlığın örnəkləri çox az görülüb. Biz həmişə birik, bərabərik, birlikdə də yolumuza davam edəcəyik. Agentliyiniz vasitəsilə azərbaycanlı qardaşlarıma sevgilərimi göndərirəm. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR