Bank Of Baku

MSK 35 DSK-da monitorinqə başlayacaq

MSK 35 DSK-da monitorinqə başlayacaq
# 22 yanvar 2007 09:02 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) sabahdan 35 seçki dairəsində monitorinqlərə başlayacaq. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat daxil olub. Monitorinqlər Göyçay, Ağdaş, Qax, Qəbələ, Oğuz, Əli Bayramlı, Salyan, Neftçala, Biləsuvar, Mingəçevir, Yevlax, Kürdəmir, Hacıqabul, Qobustan, Xızı, Quba, Şamaxı, İsmayıllı, Ağsu, İmişli, Beyləqan, Füzuli, Qusar, Quba, Dəvəçi, Siyəzən, Xaçmaz, Ağcabədi, Ağdam, Ucar, Zərdab, və Laçın rayonlarının ərazindəki dairə seçki komissiyalarında aparılacaq. Əvvəlki monitorinqlərdə olduğu kimi DSK-ların fəaliyyəti, maddi-texniki təchizatı, seçici siyahılarına düşməmiş vətəndaşlar barədə məlumatların dəqiqləşdirilməsi, seçki prosedurlarının həyata keçirilməsi zamanı sənədləşmə işi və digər məsələlər yoxlanacaq. Xatırladaq ki, bu vaxta qədər MSK 65 DSK-da monitorinqi başa çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR