Vəkil İkram Şirinov: “Apellyasiya Məhkəməsində Ramil Səfərovun işinə obyektiv baxılmasına ümidlər çoxdur”
İ. Şirinovun sözlərinə görə, Macarıstana səfəri zamanı Ramil Səfərovla və onun macar vəkilləri (həm ölüm, həm də mühafizəçilərlə bağlı cinayət işlərində onun hüquqlarını müdafiə edən vəkillər) görüşüblər. Hər iki görüşdə Vəkillər Kollegiyasının sədri Azər Tağıyev də iştirak edib. Görüşdə qəbul edilmiş məhkəmə hökmləri və onlardan verilən apellyasiya şikayətlərinə baxılması ilə bağlı məsələlər ətraflı müzakirə edilib: “Ramil Səfərovla istintaq təcridxanasının mühafizəçiləri arasında yaranmış insidentlə bağlı cinayət işi üzrə məhkəmənin hökmü hələlik rəsmi tərtib olunmayıb və ona təqdim olunmayıb. Macar qanunvericiliyinə görə, bu, iki-üç ay davam edə bilər. İş yükü ilə əlaqədar bir qədər də ləngiyə bilər. Ramil Səfərovun macar vəkilinin dediyinə görə, həmin hökmdən həm prokurorluq , həm də müdafiə tərəfi hökm elan olunarkən şifahi apellyasiya şikayəti verəcəklərini bəyan ediblər. Rəsmi apellyasiya şikayəti hökm əldə edildikdən sonra təqdim ediləcək. İşin baxılması iyun, hətta ola bilsin ki, sentyabr ayında baş tutsun”. R. Səfərovla səfər ərzində iki dəfə görüşdüklərini diqqətə çatdıran vəkilin sözlərinə görə, onun durumu və saxlanma şəraiti olduqca yaxşıdır, əhval-ruhiyyəsi yüksəkdir, özünü çox yaxşı hiss edir: “Orada ona olan münasibət də olduqca yaxşıdır. Özü cinayət işinin materialları, məhkəmə iclasının protokolları ilə tanış olub və 38 səhifəlik qeydlər aparıb. Həmin qeydlər əsasında biz apellyasiya şikayətinə əlavə hazırlamağı planlaşdırırıq. R. Səfərovla Apellyasiya Məhkəməsində işə baxılması ilə bağlı müdafiənin təşkili məsələlərini müzakirə etmişik. Həmin məsələlər macar vəkillərlə də müzakirə olunub. Bizim və macar vəkilin mövqeyi ondan ibarətdir ki, iş üzrə çıxarılmış məhkəmə hökmü hüquqi baxımından xeyli dərəcədə dayanıqsızdır, subyektiv mülahizələrə əsaslanır, nəinki konkret faktlara. Apellyasiya Məhkəməsində işə obyektiv baxılmasına ümidlər çoxdur”.
İ. Şirinov bildirib ki, ilkin razılaşmaya görə, Macarıstana növbəti səfərləri məhkəmə prosesindən 3-4 gün öncə baş tutacaq. Lakin vəkil bu müddətə qədər növbəti səfərin olacağı da istisna etmir. Qeyd edək ki, R. Səfərovun ailəsinin və Müdafiə Nazirliyinin nümayəndəsi qismində İ. Şirinovla bərabər vəkil Elmar Kərimov da iştirak edir. İ. Şirinovun sözlərinə görə, E. Kərimov səhhətindəki problemlə bağlı bu dəfə Macarıstana gedə bilməyib: “Ola bilsin ki, növbəti səfərlərdə o da iştirak etsin. Elmar Kərimova Ramil Səfərovla görüşünə və məhkəmə prosesində iştirakına icazə verilməsinə dair məhkəmənin rəsmi bildirişi var”. Xatırladaq ki, ölüm işində R. Səfərovun hüquqlarını macar vəkil Georq Macar, nəzarətçilərlə bağlı işdə isə vəkil Klara Fişer müdafiə edir./APA/
Daxili siyasət
Baş nazir Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyevin məzarını ziyarət edib
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Xəbər Lenti
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb
Tovuzda kanalda meyit tapılıb - YENİLƏNİB
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Zaqatalada maşın aşıb, ölən var
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb
Ağdamda kişi tanışını güllələyib
Bəqai: Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək
Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir
Vuçiç ilk dəfə Gürcüstana səfər edib
Almaniya səfiri: Ən mühüm regional inkişaf Azərbaycanla Ermənistan arasında sülh prosesidir
Rusiyada seçkilər zamanı internet söndürüləcək
Aİ Rusiyanın Baş prokuroruna sanksiya tətbiq edib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndərilib - YENİLƏNİB
Bakıda maşından 2 telefon oğurlanıb
Sumqayıtda oğurluq edən şəxs saxlanılıb
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
Gürcüstan ABŞ-İran razılaşmasını alqışlayıb
170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Numan Kurtulmuş Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Baş nazir Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyevin məzarını ziyarət edib
İran və ABŞ arasında memorandumun Hörmüz boğazı ilə bağlı mətninin yeni detalları açıqlanıb
İbrahim Kalın: ABŞ və İran arasında danışıqların nəticəsini təmkinlə gözləyirik
Moskvada Azərbaycan şərablarının təqdimatı keçirilib - FOTO
Efiopiyada avtobus qəzasında 28 nəfər ölüb
Sabahın hava proqnozu açıqlanıb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
FHN: Ötən həftə 494 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO
Rusiya MN Kiyev Peçersk Lavra Kompleksini vurması barədə məlumatı təkzib edib: Kompleksə "Patriot" raketi düşüb
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub - YENİLƏNİB
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək
Azərbaycan nümayəndə heyəti İqlim Danışıqları üzrə Bonn sessiyasında iştirak edib
Dələduzluğa görə axtarışda olan 8 nəfər tutulub
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
Sumqayıtda evdə yanğın olub - VİDEO
Milli Qurtuluşdan Zəfərə: Heydər Əliyev siyasətinin təntənəsi olan müasir Azərbaycan - TƏHLİL
Füzulidə avtomobil piyadanı vuraraq öldürüb
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
“Bitcoin"in qiyməti 66 min dollara yaxınlaşıb
Tramp: Nüvə sazişi baş tutmasa, İrana zərbələr bərpa olunacaq