Bank Of Baku

AXCP partiyaya qərargah verilməsi üçün yenidən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edəcək

AXCP partiyaya qərargah verilməsi üçün yenidən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edəcək
# 22 yanvar 2007 11:39 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) yeni qərargahın verilməsi ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində (DƏİEDK) heç bir müzakirə aparılmır. Bu barədə APA-ya dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. Partiyaya komitə tərəfindən müvafiq yerin ayrıldığını xatırladan Q.Xəlilov bundan sonra quruma hər hansı rəsmi müraciətin edilmədiyini bildirib.
AXCP sədrinin müavini Həsən Kərimov isə APA-ya bildirib ki, yaxın bir həftə ərzində partiya qərargah ayrılması üçün yenidən DƏİEDK-yə müraciət edəcək. Partiyaya məxsus əmlakın Dəmir Beton Zavodunun Keşlə qəsəbəsində yerləşən binasından çıxarıldıqdan sonra Xətai rayonu ərazisində yerləşən özəl binalardan birinə yığıldığını deyən sədr müavini sözügedən binanın partiya rəhbərliyinə yaxın şəxslərdən birinə məxsus olduğunu qeyd edib. H.Kərimov bildirib ki, dövlət tərəfindən qərargah ayrılana qədər partiyaya məxsus əmlak həmin binada saxlanılacaq. Sədr müavin onu da qeyd edib ki, AXCP-yə məxsus əmlakdan Azərbaycan Demokrat Partiyasının qərargahına heç nə daşınmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR