Bank Of Baku

Rene van der Linden: “ASPA Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə dair sərt mövqe nümayiş etdirib”

Rene van der Linden: “ASPA Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə dair sərt mövqe nümayiş etdirib”
# 22 yanvar 2007 11:43 (UTC +04:00)
APA-nın Strasburqdakı müxbirinin məlumatına görə, ASPA prezidenti, əsasən sessiyanın gündəliyindəki mühüm məqamlara toxunub və bu yaxınlarda Rusiya və Belarusa etdiyi səfərin yekunları ilə bağlı məlumat verib. O, Türkiyədə erməni jurnalistin qətlinə də münasibət bildirib. Rusiyanın İnsan Haqları üzrə Avropa Konvensiyasının 14-cü protokolunu ratifikasiya etməməsi ilə bağlı bədbin fikirləşmədiyini qeyd edən AŞPA prezidenti Rusiyada Dumanın sədri ilə görüşdüyünü və Dumanın hələ bu məsələ ilə bağlı yekun qərar qəbul etmədiyini söyləyib: “Biz bütün vasitələrlə Rusiyanı 14-cü protokolu ratifikasiya etmək üçün ruhlandırmağa çalışacağıq”. O, Rusiya ilə Belarus arasında baş vermiş problemə də toxunub və bu gərginliyin Belarusun Avropa strukturlarına yaxınlaşmasından yaranmasının mümkünlüyünü vurğulayıb. Türkiyədə erməni jurnalist Qrant Dinkin öldürülməsinin bu ölkə ilə Avropa Şurası arasında münasibətlərə dəyişiklik gətirməməsini arzulayan R.Linden “Bu, Türkiyənin Avropa Birliyə daxil olması ilə bağlı proseslərə də təsir etməməlidir”, - deyib.
Ermənistanın ASPA qarşısında götürdüyü öhdəliklərlə bağlı sabah plenar iclasda aparılacaq müzakirələrdə Qarabağ münaqişəsinin də diqqət mərkəzində olacağını əsas gətirən R.Linden buna da münasibət bildirib: “Qarabağ münaqişəsinə dair danışıqlarda biz də tərəfləri ruhlandırırıq. Avropa Şurası təbii ki, bu məsələdə əvvəlki kimi, yenə də öz mövqeyini nümayiş etdirə bilər, sadəcə, biz danışıqların nəticəsini gözləyirik. Bildiyiniz kimi, ASPA Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə dair sərt mövqe nümayiş etdirərək, qətnamə qəbul edib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR