Bank Of Baku

Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək

Gürcüstanda həbsdə olan azərbaycanlı jurnalist Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək
# 22 yanvar 2007 11:45 (UTC +04:00)
Tiflisdə nəşr olunan və fəaliyyəti 2004-cü ildə dayandırılan “Yeni Düşüncə” qəzetinin əməkdaşı Qacar Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edəcək. Jurnalistin sənədləri artıq hazırdır. Sənədlər bu günlərdə Strasburqa göndəriləcək. Bu barədə APA-ya qəzetin baş redaktoru Niyazi Hüseynov məlumat verib. N. Hüseynov bildirib ki, qəzet əməkdaşının hüquqlarının müdafiəsi ilə məşğul olan Gürcüstan İnsan Hüquqları Sənədləşdirmə Mərkəzinin direktoru Uça Nanuaşvili Gürcüstan məhkəmələrinə güvənmədiyini vurğulayıb. Mərkəz direktoru jurnalistin hüquqlarını AİHM-in bərpa edəcəyinə inandığını diqqətə çatdırıb. Qeyd edək ki, Q. Hüseynov 2004-cü ildə həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR