Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 22 yanvar 2007 13:08 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda İraqın Kərkük, Mosul, Ərbil və Süleymaniyə şəhərlərində türkmanlarla qarşı həyata keçirilən etnik təmizləmə siyasəti pislənilib. İdarə Heyətinin üzvləri hesab edir ki, İraq türkmanlarının sıx yaşadığı ərazilərə başqa millətdən olan insanların kütləvi şəkildə köçürülməsinin qarşısı alınmalı və demoqrafik vəziyyətin zorakılıq yolu ilə dəyişdirilməsinə son qoyulmalıdır. Azərbaycan isə antiterror koalisiyasının üzvü kimi ABŞ-dan İraq türkmanlarına qarşı yürüdülən etnik təmizləmə siyasətinə son qoyulması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etməlidir. BAXCP İdarə Heyəti eyni zamanda Milli Məclisdə İraq türkmanları ilə bağlı məsələnin müzakirəyə çıxarılmasını da məqsədəuyğun hesab edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR