Bank Of Baku

Rusiyadakı soydaşlarımızla bağlı xüsusi narahatlıq doğuran heç bir fakt qeydə alınmayıb

Rusiyadakı soydaşlarımızla bağlı xüsusi narahatlıq doğuran heç bir fakt qeydə alınmayıb
# 22 yanvar 2007 13:11 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan azərbaycanlıların problemlərinin həlli üçün yaradılan işçi qrupunun toplantısı keçirilib. Bu barədə APA-ya komitənin birinci ərazi dairəsinin rəisi Şakir Səlimov məlumat verib. Onun sözlərinə görə, iclasda Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan soydaşlarımıza pasportların verilməsi, yaddaş kitabçalarının paylanması, qərargahların fəaliyyəti və digər məsələlər müzakirə olunub. Ş. Səlimov bildirib ki, bu günə qədər Rusiyadakı soydaşlarımızla bağlı xüsusi narahatlıq doğuran heç bir fakt qeydə alınmayıb. Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev də APA-ya açıqlamasında soydaşlarımızla əlaqəli hər hansı ciddi faktın qeydə alınmadığını deyib. Onun sözlərinə görə, Rusiyanın iqtisadi inkişaf naziri German Qref bəyan edib ki, aprelin 1-dən xarici vətəndaşların ticarətlə məşğul olmalarını yasaqlayan müddəanın qüvvəyə minməsinin müddəti uzadıla bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR