Bank Of Baku

Sülhəddin Əkbər: “Ümummilli forumun keçirilməsi ilə bağlı fikirlərimiz fərqli olub”

Sülhəddin Əkbər: “Ümummilli forumun keçirilməsi ilə bağlı fikirlərimiz fərqli olub”
# 22 yanvar 2007 13:39 (UTC +04:00)
““Azərbaycan Uğrunda” Təşəbbüs Qrupu formalaşarkən ilk növbədə müxalifətin ümumi forumunu keçirməyə çalışmaq lazım idi. Müxalifət müəyyən ümumi siyasi platforma yaratdıqdan sonra dialoqa getməli idi”. Bu sözləri APA-ya açıqlamasında Təşəbbüs Qrupunun üzvü, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bildirib. Buna görə də Müsavat Partiyasının təşəbbüs qrupuna bir qədər gec qoşulduğunu və birinci iclasda iştirak etmədiyini bildirən S.Əkbər ümummilli forumun keçirilməsi ilə bağlı bir qədər fərqli düşüncədə olduğunu vurğulayıb: “Birinci iclasda hakimiyyətlə danışıqlar aparmaq və forumun hazırlanması işində YAP-ın da iştirak etməsi ilə bağlı qərar verilmişdi. Biz də çoxluğun fikrini qəbul etdik ki, danışıqlar aparılsın və əgər hakimiyyət partiyası razı olmasa, o zaman müxalifətin forumu ideyasına qayıdarıq. Görünür, belə davam etsə, biz öncə müxalifətin forumunun keçirilməsi məsələsini yenidən qaldırmalı olacağıq. Bu daha məqsədəuyğundur və bizim yanaşmamızın daha doğru olduğunu göstərir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR