Bank Of Baku

Xələf Xələfovla Polşa XİN-in dövlət katibi Pavel Kovalın görüşündə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Xələf Xələfovla Polşa XİN-in dövlət katibi Pavel Kovalın görüşündə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
# 22 yanvar 2007 14:33 (UTC +04:00)
Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi Pavel Kovalın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər gəlib. Bu gün nümayəndə heyətini xarici işlər nazirinin müavini Xələf Xələfov qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Polşa arasında mövcud əlaqələrin səviyyəsindən duyulan məmnuniyyət ifadə edilib, iki ölkə arasında ikitərəfli, regional, beynəlxalq təşkilatlar çərçivəsində, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq barədə müzakirələr aparılıb. Söhbət zamanı Polşa tərəfinə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin gedişinə dair məlumat verilib. Görüşdə regionda cərəyan edən siyasi və iqtisadi vəziyyət barədə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı dəstəyin bundan sonra da verilməsinin vacibliyi vurğulanıb. Bundan başqa tərəflər enerji sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi və imkanları qeyd edib, bu sahədə ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərin və zəngin təcrübənin Polşa tərəfindən xüsusi ilə qiymətləndirildiyi bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR