Bank Of Baku

Tahir Kərimli: “Vəhdət Partiyasının qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləmək qərarı verəcəyik”

Tahir Kərimli: “Vəhdət Partiyasının qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləmək qərarı verəcəyik”
# 22 yanvar 2007 15:20 (UTC +04:00)
“Vəhdət Partiyasının qurultayı prezident seçkilərinə start verildikdən sonra keçiriləcək və qurultayda İlham Əliyevin ölkə prezidentliyinə namizədliyi irəli sürüləcək”. Partiyanın sədri Tahir Kərimli APA-ya açıqlamasında bildirib ki, bununla bağlı artıq partiya rəhbərliyində müzakirə aparılıb və razılaşma əldə edilib. T. Kərimli partiyanın Baş Məclisinin toplantısının yaxın iki ay ərzində keçiriləcəyini qeyd edib.
O, bəzi müxalifət partiyalarının əsassız olaraq partiya rəhbərliyinə qarşı hədyanlar söylədiyinə də münasibət bildirib: “Müxalifətin bu hücumları bizim üçün əhəmiyyətli deyil. Vəhdət Partiyası uzun müzakirələrdən sonra bu qərara gəlib və səhv etmədiyi qənaətindədir. Çünki müxalifət düşərgəsində ölkəni idarə edə biləcək, stabilliyi qoruya biləcək şəxs yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR