Bank Of Baku

Mübariz Qurbanlı: “Xalq müxalifətə dəstək verməyəcək”

Mübariz Qurbanlı: “Xalq müxalifətə dəstək verməyəcək”
# 23 yanvar 2007 09:36 (UTC +04:00)
“Müxalifət partiyalarının keçirəcəyi mitinqlərə çoxlu sayda insanın yığışacağını düşünmürəm. Çünki indiki məqamda kütləvi aksiyalar keçirməyə ehtiyac yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi, millət vəkili Mübariz Qurbanlı deyib. O bildirib ki, hazırkı məqamda mitinqlər keçirmək Azərbaycanın dövlət maraqlarına ziddir. Buna görə də M. Qurbanlı hesab edir ki, xalq müxalifətə dəstək verməyəcək: “Müxalifət partiyaları aksiyaları elə bir vaxta təyin edirlər ki, bunun heç bir məntiqi olmur. Ölkədə bütün sahələr üzrə, xüsusilə də iqtisadi sahədə inkişafın olduğunu müxalifət qüvvələri görmürlərsə, bu, onların problemləridir. Amma biz inanmırıq ki, xalq onların çağrışına dəstək verəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR