Bank Of Baku

Artur Lenk: “İsraildə yaşayan, əslən Azərbaycandan olanların Assosiasiyasının yaranması yaxşı ideyadır”

Artur Lenk: “İsraildə yaşayan, əslən Azərbaycandan olanların Assosiasiyasının yaranması yaxşı ideyadır”
# 25 yanvar 2007 14:48 (UTC +04:00)
“İsraildə yaşayan, əslən Azərbaycandan olanların Assosiasiyasının yaradılması çox yaxşı ideyadır”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib. İsraildə yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan israillilər bir növ bəşəri körpü funksiyasını həyata keçirdiyini söyləyən səfir bildirib ki, yaranacaq Assosiasiyanın ilk toplantısı fevralda İsraildə keçiriləcək: “Azərbaycandan gedənlər İsraildə yaşasalar da, ürəkləri burdadır, Azərbaycanla yaşayırlar. Onların da, mənim də işim ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səyləri birləşdirək. Biz bir növ eyni missiyanı həyata keçirəcəyik”.
Qeyd edək ki, İsrail parlamenti Knessetin əslən Azərbaycandan olan üzvü İosif Şaqal hazırda Bakıdadır və həmin Assosiasiyanın yaradılmasına Azərbaycandan dəstək almaq məqsədilə burada görüşlər keçirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR