Bank Of Baku

Vasili İstratov: “MDB-nin dağılacağı və Azərbaycanın qurumu tərk edəcəyi ilə bağlı deyilənləri ciddi qarşılamıram”

Vasili İstratov: “MDB-nin dağılacağı və Azərbaycanın qurumu tərk edəcəyi ilə bağlı deyilənləri ciddi qarşılamıram”
# 25 yanvar 2007 14:59 (UTC +04:00)
“MDB daxilində üzv dövlətlərin bir-birinin iqtisadiyyatını subsidiyalaşdırmasına dair öhdəliyin olduğuna əmin deyiləm. Bununla yanaşı, birlik daxilində elə vəziyyət yaranmamalıdır ki, hər ölkə digərlərindən aralı, öz istiqamətində üzməli olsun”. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bu sözləri Moskvanın MDB ölkələrinə təbii qazı dünya qiymətləri ilə satmasının səbəblərinə dair APA-nın sualını cavablandırarkən deyib. Səfir bildirib ki, hazırkı situasiyada ortaya iki sual çıxır: qarşılıqlı subsidiyalaşdırma mütləq şərtdirmi və bu aradan qalxdıqdan sonra MDB mövcudluğunu qoruya biləcəkmi? “Hər suala subsidiyalaşdıranın və subsidiyalaşdırılanların öz nöqteyi-nəzərləri var və bu mövqelər üst-üstə düşməyə bilər”. MDB-nin dağılması ehtimalına toxunan V. İstratov bu barədə xəbərləri, eləcə də Azərbaycanın qurumu tərk edəcəyi haqqında deyilənləri ciddi qarşılamadığının söyləyib: “MDB 15 ildir mövcuddur və indiyə qədər təşkilatın heç bir üzvü qurumu tərk edəcəyi barədə məsələ qaldırmayıb. Bu barədə söylənilənlər boş şeydir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR