Bank Of Baku

Mahmudəli Çöhrəqanlı: “ABŞ-ın azərbaycanlıları nəzərə almadan İranla bağlı hansısa qərar verəcəyinə inanmıram”

Mahmudəli Çöhrəqanlı: “ABŞ-ın azərbaycanlıları nəzərə almadan İranla bağlı hansısa qərar verəcəyinə inanmıram”
# 25 yanvar 2007 15:20 (UTC +04:00)
“ABŞ rəsmi dairələrində bilirlər ki, İranda böyük gücə malik azərbaycanlılar olmadan heç bir addım atmaq mümkün deyil. Bu qədər dəqiq və düzgün informasiyaya malik olan ABŞ-ın azərbaycanlıları nəzərə almadan hansısa qərar verəcəyinə inanmıram”. Bu sözləri APA-ya açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı deyib. O bildirib ki, bu yaxınlarda ABŞ Dövlət Departamentinin təşkil etdiyi və azərbaycanlılar istisna olmaqla, digər iranlı mühacirlərin iştirakı ilə keçirilən toplantı haqda məlumatsızdır. M. Çöhrəqanlının sözlərinə görə, belə toplantılar tez-tez azərbaycanlı mühacirlərin iştirakı ilə də keçirilir: “Bu cür görüşlər çox olur. İndiyə qədər azərbaycanlıların da qatıldığı bu tipli yığıncaqların gizlisi də olub, açığı da. Şəxsən mənim iştirakımla amerikalılarla kifayət qədər görüşlər keçirilib və ABŞ rəsmilərinə İranda baş verən olaylar haqqında ətraflı məlumatlar verilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR