Bank Of Baku

Vasili İstratov: “Rusiya ali məktəblərində azərbaycanlı tələbələr üçün kvota ayrılması prosesi genişləndirilməlidir”

Vasili İstratov: “Rusiya ali məktəblərində azərbaycanlı tələbələr üçün kvota ayrılması prosesi genişləndirilməlidir”
# 25 yanvar 2007 15:46 (UTC +04:00)
“Rusiya ali məktəblərində azərbaycanlı tələbələr üçün kvota ayrılması prosesi genişləndirilməlidir”. Bu sözləri APA-ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. Onun sözlərinə görə, hökumətlərarası razılaşma əsasında hər il bir neçə yüz azərbaycanlı tələbə Rusiya hökumətinin hesabına bu ölkədə təhsil alır: “Problem ondadır ki, Rusiya tərəfinin təklif etdiyi ali məktəblərin siyahısı Azərbaycanı qane etmir”. Səfir ümid etdiyini bildirib ki, gələn ilə qədər bu məsələdə irəliləyiş əldə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR