Bank Of Baku

“Azadlıq” bloku sabaha təyin etdiyi mitinqi piketlə əvəzləmək barədə qərar verib

“Azadlıq” bloku sabaha təyin etdiyi mitinqi piketlə əvəzləmək barədə qərar verib
# 25 yanvar 2007 15:48 (UTC +04:00)
“Azadlıq” bloku sabaha təyin etdiyi mitinq qərarında dəyişiklik edib. Bu barədə APA-ya məlumatı AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, məsələ ilə bağlı bu gün blokun Mitinqə Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. İclasda mitinq qərarı şəhərin bir neçə yerində piket keçirmək qərarı ilə əvəzlənib. Təxminən 3 müxtəlif yerdə piketin keçirilməsinin nəzərdə tutulduğunu bildirən H. Kərimov aksiyaların saat 15.00-da başlayacağını qeyd edib. Blok rəhbərləri aksiya başlayana kimi piketlərin yerini mətbuata açıqlamaq niyyətində deyil: “Bu böyük aksiya olmadığı üçün piketdə əsasən partiyanın funksionerləri iştirak edəcəklər. Piketlərin harada olması isə partiya üzvlərinə şəxsi əlaqələr vasitəsi ilə çatdıracağıq”. Aksiyada ölkədə sosial durumun ağırlığı, Tarif Şurasının enerji daşıyıcılarının ləğv olunması ilə bağlı qərarının ləğv olunması, əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı şüarlar səsləndiriləcək. Xatırladaq ki, “Azadlıq” bloku Bakı şəhər İcra Hakimiyyətinə Füzuli, Nərimanov, Gənclik, Cəfər Cabbarlı meydanları, Cavid, Səməd Vurğun, Sahil bağları, İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binaları qarşısında aksiya keçirməklə bağlı müraciət etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR