Bank Of Baku

YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri dəyişib

YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri dəyişib
# 25 yanvar 2007 15:53 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda MNTK-nın ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub. Komissiyanın iclasında gələcək tədbirlər planı müzakirə edilərək təsdiqlənib, eyni zamanda komissiya üzvləri arasında vəzifə bölgüsü aparılıb. Təşkilati məsələlərin müzakirəsi zamanı MNTK-nın sədri Qəzənfər Hacıyev xidməti fəaliyyəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Komissiyanın üzvü Məhəmməd Məmmədov MNTK-nın yeni sədri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR