Bank Of Baku

Robin Sivord: “ATƏT müxalifətlə hakimiyyətin dialoq təşəbbüslərini dəstəkləyir”

Robin Sivord: “ATƏT müxalifətlə hakimiyyətin dialoq təşəbbüslərini dəstəkləyir”
# 26 yanvar 2007 08:23 (UTC +04:00)
Bu fikirləri APA-ya eksklüziv açıqlamasında ATƏT-in Bakı Ofisinin rəhbərinin səlahiyyətlərini icra edən Robin Sivord söyləyib. Müxalifət və hakimiyyətin dialoqa hazır olması ilə bağlı bəyanatlarını şərh edən Robin Sivord bildirib ki, ATƏT bu məsələdə vasitəçilik etməyə hazırdır. “Əgər tərəflər dialoq prosesində bizim iştirakımızı zəruri saysalar və analoji təkliflər çıxış edərsə, o zaman biz müxalifətlə hakimiyyətin dialoqunu təşkil etməyə hazırıq”. Robin Sivord ATƏT-in Bakı Ofisinin yeni rəhbəri Xose Luis Xerero Ansolanın öz səlahiyyətlərinin icrasına gələn ay başlayacağını bildirib. “Lakin hələlik dəqiq tarix açıqlaya bilmərəm. Bu səbəbdən həmçinin gözlənilən islahatlar və yeni layihələr barədə danışmaq da hələ tezdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR