Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi Vəli Küçük Paşanın adının Hrant Dinkin qətlində hallandırılmasına etiraz olaraq bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi Vəli Küçük Paşanın adının Hrant Dinkin qətlində hallandırılmasına etiraz olaraq bəyanat yayıb
# 27 yanvar 2007 08:57 (UTC +04:00)
DAK-dan APA-ya daxil olan bəyanatda bu fikirlərin məqsədli olaraq ortaya atıldığı, nümayəndənin gözdən salınmasına xidmət etdiyi bildirilib. Vəli Küçük Paşanın Türkiyə və türk dünyasında tanınan şəxs olduğunu bildirən DAK onun adının əvvəlcə qəzetlərdə, sonra isə TV-lərdə hallanmasının narahatlıq yaratdığını qeyd edib: “DAK-ın Xocalı soyqırımı ilə bağlı 10 günlük İstanbul və Ankara görüşləri fars və erməni şovinistlərini çox rahatsız edib. Buna görə DAK-ın da adının Türkiyə mediası tərəfindən mənfi hadisələrlə bağlanması Hrant Dink macərasının geniş ölçüdə yayıla biləcəyini ortaya çıxara bilər”. Bəyanat müəllifləri bu məsələdə V. Paşanın adını hallandıran mətbuatın mafiyaya xidmət etdiyini bildirib və bu kampaniyanı dayandırmağa çağırıb.
Qeyd edək ki, Türkiyə mətbuatı H.Dinkin sağlığında guya Vəli Küçük Paşanın təhdidlərinə məruz qaldığını söyləməsi barədə məlumatlar yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR