Bank Of Baku

Azərbaycan Xarici İşlər Nazirliyində Kimyəvi Silahlar Konvensiyasının tətbiqinə dair milli seminar keçirilir

Azərbaycan Xarici İşlər Nazirliyində Kimyəvi Silahlar Konvensiyasının tətbiqinə dair milli seminar keçirilir
# 29 yanvar 2007 08:58 (UTC +04:00)
APA-nın məlumatına görə, seminarda açılış nitqi ilə çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycan bu Konvensiyaya əvvəldən qoşulub, üzərinə öhdəliklər götürüb, onları yerinə yetirir və bundan geri çəkilməyəcək. Konvensiyanın yerinə yetirilməsi istiqamətində Azərbaycanın həm beynəlxalq səviyyədə, həm də milli səviyyədə tədbirlər həyata keçirdiyini deyən nazir müavini buna misal kimi, qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi, kimya sənayesinə dair siyahının tərtib edilib Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilata təqdim edildiyini qeyd edib. Təşkilatın nümayəndəsi Sergey Kiselyov bildirib ki, XİN Konvensiyanın yerinə yetirilməsi üzrə milli qurum hesab olunur. “Azərbaycan indiyə qədər bu istiqamətdə kifayət qədər iş görüb”, - deyən S.Kiselyov Azərbaycanın neft ölkəsi olaraq kimya sənayesini də inkişaf etdirdiyini bildirib, Konvensiyanın vəzifəsinin kimya sənayesini tənzimləmək deyil, bu sənayedə qeyri-qanuni fəaliyyətin yer tapmamasına nəzarət etmək olduğunu vurğulayıb.
Qeyd edək ki, XİN, Avropa İttifaqı və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın təşkilatçılığı ilə keçirilən seminar fevralın 2-dək davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR