Bank Of Baku

ADP YAP-la dialoq aparılması üçün bu gün Azərbaycan prezidentinə müraciət edib

ADP YAP-la dialoq aparılması üçün bu gün Azərbaycan prezidentinə müraciət edib
# 30 yanvar 2007 11:29 (UTC +04:00)
ADP sədrinin müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, müraciətdə Ali Məclisin yanvarın 27-də keçirilmiş iclasında iqtidar-müxalifət münasibətlərində bundan sonra siyasi dialoq və konstruktizm siyasətinə üstünlük verilməsi barədə qərarın qəbul olunduğu xatırlanıb: “Prezidentin hələ bir müddət əvvəl iqtidarın müxalifətlə dailoqa hazır olması barədə verdiyi bəyanatı nəzərə alaraq, biz Ali Məclisdə qəbul etdiyimiz qərarın surətini də prezidlentə müraciətə əlavə etmişik. Müraciətdə iqtidarla ADP arasında və ümumilikdə hakimiyyətlə müxalifət arasında dialoqun başlaması üçün lazımı addımların atılması xahiş edilib”. H. Rüstəmov bildirib ki, ADP rəhbərliyi YAP-dan qısa vaxtda müraciətə cavab gözləyir.
YAP icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə APA-ya açıqlamasında müraciətin daxil olacağı halda müzakirə ediləcəyini qeyd edib. ADP-nin siyasi kursunda dəyişiklik etməsini gec də olsa partiya rəhbərliyinin indiyə kimi aparılmış siyasətin səhv olduğunu anlaması kimi qəbul edildiyini deyən M. Qurbanlı radikallığın sonu olmadığını bir daha vurğulayıb. YAP-ın ADP ilə hər hansı əməkdaşlığı ilə bağlı məsələyə münasibət bildirən M. Qurbanlı bunun hələ tez olduğunu deyib: “ADP konstruktiv müxalifət kimi fəaliyyət göstərəcəyini bildirib, konstruktiv müxalifət isə o deməkdir ki, onlar qanun çərçivəsində fəaliyyət göstərəcəklər. Əməkdaşlıq isə onların YAP-ın prinsiplərini qəbul etmələrinin bəyan olunmasından sonra mümkündür. Mən ADP-nin mətbuatda çap olunan bəyanatında YAP-ın prinsiplərini qəbul etmələri ilə bağlı hər hansı fikriə rast gəlməmişəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR