Bank Of Baku

ATƏT Bakıda “Silahlı qüvvələr və demokratik cəmiyyət” mövzusunda dəyirmi masa keçirəcək

ATƏT Bakıda “Silahlı qüvvələr və demokratik cəmiyyət” mövzusunda dəyirmi masa keçirəcək
# 30 yanvar 2007 15:20 (UTC +04:00)
Fevralın 13-14-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Silahlı qüvvələr və demokratik cəmiyyət” mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə APA-ya ATƏT-in Bakı ofisindən məlumat verilib. Analoji tədbir 2006-cı ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azəırbaycan Müdafiə Nazirliyinin təmsilçilərinin də iştirakı ilə Budapeştdə keçirilib. Bakıda keçiriləcək dəyirmi masada Müdafiə və Daxili İşlər nazirliklərinin, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının nümayəndələri və digər dəvətlilər iştirak edəcəklər. Hazırda iştirakçıların siyahısı dəqiqləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR