Bank Of Baku

QAT AŞ PA-dakı Azərbaycan deputat qrupunun Ermənistandan olan deputatlarla təmasdan çəkinməsini tələb edir

QAT AŞ PA-dakı Azərbaycan deputat qrupunun Ermənistandan olan deputatlarla təmasdan çəkinməsini tələb edir
# 30 yanvar 2007 15:20 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) Azərbaycan deputat qrupunun Ermənistandan olan deputatlarla təmasdan çəkinməsi tələbi ilə bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Azərbaycan və Ermənistan deputat qruplarının Dağlıq Qarabağa birgə səfərlərinin baş tutmasına yönələn cəhdlər də pislənilib: “AŞ PA rəhbərliyinin belə təkliflə çıxış etməsi ədalət bərpasından çox Ermənistanın cinayətlərini ört-basdır etməyə hesablanıb. Azərbaycan deputat qrupu bu siyasi manevrlərə aldanmamalı və hər hansı belə təklifi rədd etməlidir. Əks təqdirdə, deputatların Ermənistandan olan parlamentarlarla istənilən müzakirələri xəyanət kimi qiymətləndirilə bilər”. Bəyanatda Azərbaycan deputat qrupundan AŞ PA-dakı fəaliyyəti ilə bağlı xalqa hesabat verməsi də tələb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR