Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı”nı təsdiqləyib

Azərbaycan Nazirlər Kabineti “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı”nı təsdiqləyib
# 30 yanvar 2007 15:53 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı”nı təsdiq edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, proqramın qəbul edilməsində məqsəd demokratik cəmiyyətin prinsiplərinə uyğun insan həyatının təhlükəsizliyinin təmin olunması, hüquq normalarına riayət edilməsi, insanın məişətdə - ailədə, iş və ictimai yerlərdə təhqir olunma risklərinin azaldılması, insani dəyərlərin formalaşması problemlərinin həll edilməsidir. Proqram çərçivəsində bir sıra işlərin aparılması nəzərdə tutulub. Bunlara milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşdirilməsi məqsədi ilə nəzərdən keçirilməsi, onun icrasını tənzimləyən normativ hüquqi aktların hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi, vətəndaş cəmiyyətinin (o cümlədən qeyri-hökumət təşkilatlarının) aparılan işlərə cəlb edilməklə gücləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, təhsil, mədəniyyət və digər sahələrdə islahatların aparılması və s. daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR