Bank Of Baku

Nazirlər Kabineti “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nı təsdiqləyib

Nazirlər Kabineti “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nı təsdiqləyib
# 30 yanvar 2007 15:54 (UTC +04:00)
Nazirlər Kabineti “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nı təsdiq edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, təsdiq edilmiş qaydalara əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin həyat yoldaşına, valideynlərinə, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə verilir. Şəhidin 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş uşaqları və ya uşaq evlərində tərbiyə olunan ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir. Şəhidin qəyyumluğa verilmiş uşaqlarına prezidentinin təqaüdü təyin edilərkən himayəçi ailə tərkibində nəzərə alınmır. Təqaüd hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR