Bank Of Baku

“Azadlıq” bloku ADP-nin konstruktiv müxalifətə çevrilmək qərarını dəstəkləyir

“Azadlıq” bloku ADP-nin konstruktiv müxalifətə çevrilmək qərarını dəstəkləyir
# 30 yanvar 2007 16:28 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. İclasda müzakirə olunan əsas məsələ Azərbaycan Demokrat Paprtiyasının (ADP) Ali Məclisinin son iclasında qəbul olunmuş qərarların müzakirəsi olub. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva blokun iclasından sonra APA-ya verdiyi açıqlamada bildirib ki, ADP-nin qəbul etdiyi qərar mətbuatda yalnış təqdim olunub: “Bu qərarda blokun strategiyasından fərqli bir şey yoxdur. Burada hakimiyyətlə əməkdaşlıq söhbəti yoxdur, yalnız dialoq fikri var. Biz də dialoqun tərəfdarıyıq, monoloqun yox”. L. Hacıyeva bildirib ki, ADP-nin hakimiyyətlə əməkdaşlıq etmək, hakimiyyətin siyasətini bölüşmək fikri yoxdur: “ADP ilə bundan sonrakı əməkdaşlığımızda heç bir problem yaranmayacaq və biz blokun fəaliyyətini ADP ilə birgə davam etdirəcəyik”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) Əli Əliyev də keçirdiyi mətbuat konfransında ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlunun Sədrlər Şurasının iclasında qəbul olunmuş qərarla bağlı geniş izahat verdiyini bildirib: “Məlum oldu ki, partiya ilə blokun fikirləri arasında heç bir fərq yoxdur. Biz çalışacağıq ki, ADP-nin hakimiyyətlə dialoq cəhdi sonradan iqtidar-müxalifət dialoquna çevrilsin”.
ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə bildirib ki, partiyanın qəbul etdiyi qərar siyasi reallıqdan irəli gəlib. Hakimiyyətlə yaranmış problemi danışıqlar yolu ilə həl etməyin tərəfdarı olduğunu bildirən S. Cəlaloğlu bunu konkret situasiyanın diktəsi kimi qiymətləndirib. S. Cəlaloğlu hesab edir ki, problemlərin dialoq yolu ilə həlinə nail ola biləcəkləri halda mitinqlər keçirməyə də ehtiyac qalmayacağını söyləyib. “Bizim Tahir Kərimli və Asim Mollazadə kimi iqtidarla hər hansı əməkdaşlığa, sazişə getmək fikrimiz yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR