Bank Of Baku

Namiq Kamal Zeybək: “Türkiyə Avropa Birliyi xəyalından əl çəkərək Türk Birliyi qurulmasına çalışmalıdır”

Namiq Kamal Zeybək: “Türkiyə Avropa Birliyi xəyalından əl çəkərək Türk Birliyi qurulmasına çalışmalıdır”
# 30 yanvar 2007 16:35 (UTC +04:00)
“Türkiyə Avropa Birliyi xəyalından əl çəkərək Türk Birliyi qurulması istiqamətində fəaliyyətə başlamalıdır”. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu bəyanatla Türkiyənin sabiq mədəniyyət naziri, Böyük Birlik Partiyası sədrinin baş müşaviri Namiq Kamal Zeybək çıxış edib. AB-nin müsəlman ölkəsi olduğu üçün Türkiyəyə hər zaman soyuq baxdığını və “üzvlük proseduru” yalanları ilə aldatdığını bildirən N. K. Zeybək 1992-ci ildə Türk Birliyi qurulması üçün iş apardıqlarını açıqlayıb: “Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan buna razı idi. Ancaq 1994-cü ildə Türkiyədə hökumət dəyişikliyi baş verdi və Ankara bütün diqqətini Avropa Birliyinə yönəltdi”. N. K. Zeybəkin sözlərinə görə, Türkiyə AB mövzusunu gündəmindən çıxarmalı, əvvəlcə Azərbaycanla hər sahədə ciddi müqavilələr bağlamalı və gömrük birliyi yaratmalıdır: “Türkiyə, Azərbaycan, Quzey Kıbrıs, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi 7 müstəqil dövlətimiz var. Dil və din birliyimiz mövcuddur. Azərbaycanda böyük neft ehtiyatları, Türkmənistanda böyük qaz ehtiyatları, Özbəkistanda dünyanın ən zəngin qızıl mədənləri, Qazaxıstanda istənilən qədər qiymətli yeraltı sərvətlər var. Türk Birliyi qurulsa, türk mədəniyyəti yenidən dirçələr və bütün türk dövlətləri varlanar. Bunu etməsək, yeni bir imperializm torpaqlarımızı ələ keçirəcək, yeraltı sərvətlərimizi istismar edəcək və bizi qula çevirəcək. Ya birləşəcəyik, ya da qul olacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR