Bank Of Baku

ADP-nin növbəti qurultayında Sərdar Cəlaloğlu sədrliyə namizədliyini irəli sürəcək

ADP-nin növbəti qurultayında Sərdar Cəlaloğlu sədrliyə namizədliyini irəli sürəcək
# 30 yanvar 2007 16:45 (UTC +04:00)
ADP-dəki mənbənin APA-ya verdiyi məlumata görə, artıq məsələ ilə bağlı partiya daxilində ilkin müzakirələr aparılıb. Birinci müavinin namizədliyinin irəli sürülməsi üçün yerli təşkilatların təşəbbüs qrupu yaradacağı bildirilib. S. Cəlaloğlu APA-ya açıqlamasında bu barədə konkret qərar vermədiyini, amma partiya sədri Rəsul Quliyevin arzusuna uyğun olaraq belə addım atacağını istisna etməyib: “Partiyada mənim qurultayda namizədliyimi irəli sürməyimlə bağlı fikir formalaşıb. Rəsul Quliyev də son müraciətində ADP-də çox ciddi demokratik seçkilərin keçirilməsini arzuladığını bildirib. Demokratik seçkilərin də birinci şərti odur ki, seçkidə real namizədlər iştirak etsin. Yəni ola bilər ki, biz yalançı alternativ namizədlər düzəldək, on nəfərin namizədliyini irəli sürərək, o zaman seçkiyəoxşar bir şey alınar. Amma Rəsul Quliyev tələb edir ki, mütləq demokratik seçkilər keçirilsin. Belə olan halda mən namizədliyimi irəli sürə bilərəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR