Bank Of Baku

Azərbaycan Milli Məclisinin yeni saytı hazırlanıb

Azərbaycan Milli Məclisinin yeni saytı hazırlanıb
# 31 yanvar 2007 09:49 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən A.Nəsirov deyib ki, bundan sonra parlamentin mətbuat xidməti qanunverici orqanda akkreditasiya olunan jurnalistlərlə sıx əməkdaşlıq şəraitində işləmək niyyətindədir. Onun sözlərinə görə, MM-in yaz sessiyasının işini işıqlandırmaq üçün 11 televiziya, 5 radio, 14 informasiya agentliyi və 40 qəzet akkreditasiyadan keçib: “Payız sessiyası başa çatdıqdan sonra təhlillər apardıq və məlum oldu ki, bəzi mətbuat orqanları akkreditasiyadan keçsə də, iclaslarda iştirak etmir. Onları təkrar akkreditasiyadan keçirmədik”. A. Nəsirov parlament jurnalistləri arasında sorğu keçiriləcəyini, onların qarşılıqlı əməkdaşlıqla bağlı təkliflərinin öyrəniləcəyini deyib: “Milli Məclisdə deputatlar və komissiya sədrləri ilə jurnalistlər arasında dəyirmi masalar da təşkil ediləcək. Bu görüşlərin mövzuları jurnalistlər tərəfindən veriləcək”. A.Nəsirov MM-in yeni saytının da hazırlandığını, yaxın zamanlarda saytın təqdimatının keçiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR