Bank Of Baku

Qarsın bələdiyyə başqanı Naif Əlibəyoğlu: “Qarsda hər il həyata keçirilən ənənəvi “Beynəlxalq Qafqaz Mədəniyyətləri festivalı”na ermənilər bir daha dəvət edilməyəcək”

Qarsın bələdiyyə başqanı Naif Əlibəyoğlu: “Qarsda hər il həyata keçirilən ənənəvi “Beynəlxalq Qafqaz Mədəniyyətləri festivalı”na ermənilər bir daha dəvət edilməyəcək”
# 31 yanvar 2007 10:01 (UTC +04:00)
Qarsda ezamiyyətdə olan Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Qars valisi Mehmet Ufuk Erden, Qars 14-cü Mexaniki Briqada Komandiri, general-mayor Ərcan Okan və Qarsın bələdiyyə başqanı Naif Əlibəyoğlu ilə görüşüb. Bu barədə APA-ya səfirliyin mətbuat katibi Gültəkin Həbibli məlumat verib. G.Həbibli bildirib ki, hər üç görüş zamanı aparılan danışıqlarda səfir Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı məlumat verib: “Həmsöhbətlər Ermənistanla sərhədlərin açılmayacağı ilə bağlı Zakir Həşimovu əmin edib, Türkiyənin Azərbaycanla dost və qardaş münasibətlərinə böyük əhəmiyyət verdiklərini, hər zaman onu dəstəkləyəcəklərini bildiriblər. Onların hər biri ayrı-ayrılıqda ermənilərin qondarma soyqırım və torpaq iddialarından əl çəkməyənə, Azərbaycanın işqal olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan çıxmayana, Ermənistan Konstitusiyasında dəyişiklik etməyənə, Qars müqaviləsini tanımayana qədər Türkiyə-Ermənistan münasibətlərindən bəhs edilməsinin belə qeyri-mümkünlüyünü bildiriblər. Danışıqlar zamanı səfir Qars Bələdiyyəsinin Qars şəhərinin mərkəzində Ermənistanla Türkiyə arasındakı münasibətlərə həsr olunan “Dostluq” heykəlinin qurulması ilə bağlı təşəbbüsün qarşısının alınmasına nail olub. Qars bələdiyyə başqanı Naif Əlibəyoğlu hər il həyata keçirilən ənənəvi “Beynəlxalq Qafqaz Mədəniyyətləri festivalı”na erməniləri bir daha dəvət etməyəcəyinə söz verib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR