Bank Of Baku

Akif Nəsirov: “Köməkçi məsələsində parlament rəhbərliyinin deputatlara təzyiq etməsi barədə deyilənlər əsassızdır”

Akif Nəsirov: “Köməkçi məsələsində parlament rəhbərliyinin deputatlara təzyiq etməsi barədə deyilənlər əsassızdır”
# 31 yanvar 2007 10:22 (UTC +04:00)
“Millət vəkilləri üçün təyin olunacaq köməkçiləri Milli Məclisin rəhbərliyi yox, deputatların özləri təqdim edir”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Nəsirov deyib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, köməkçi seçilməsi məsələsində parlament rəhbərliyinin deputatlara təzyiq etməsi ilə bağlı deyilənlər əsassızdır. A.Nəsirov hazırda köməkçilərin seçilməsi ilə bağlı prosesin davam etdiyini bildirib. Onun sözlərinə görə, deputatların köməkçiləri seçki dairələrində çalışacaq, deputatla seçici arasında əlaqələndirici rolunu oynayacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR