Bank Of Baku

Akif Şahbazov: “ADP-nin bugünkü mövqeyi ilə yenidən mitinq taktikasının seçilməsində ziddiyyət var”

Akif Şahbazov: “ADP-nin bugünkü mövqeyi ilə yenidən mitinq taktikasının seçilməsində ziddiyyət var”
# 31 yanvar 2007 10:46 (UTC +04:00)
“Azadlıq” bloku enerji daşıyıcılarının qiymətinin artırılmasına etiraz olaraq kütləvi aksiyaları davam etdirmək fikrindədir. Bu barədə APA-ya blokun üzvü olan AXCP-nin sədr müavini Həsən Kərimov verib. Bununla bağlı blokun Sədrlər Şurasında müzakirənin aparılacağını bildirən H. Kərimov hələlik mitinqin vaxtının və yerinin müəyyən olunmadığını qeyd edib: “Blokun növbəti iclasında bu məsələ müzakirəyə çıxarılacaq. Ümumi fikir ondan ibarətdir ki, aksiyalar davam etdirilsin”. Bloka daxil olan ADP funksionerlərinin aksiyaların əleyhinə çıxışlar etməsinə gəldikdə, H.Kərimov bildirib ki, həmin partiyanın rəhbərliyi blokun keçirəcəyi kütləvi aksiyalarda iştirak edəcəyini söyləyib: “Biz müttəfiqik, bütün qərarlarımızı blokun qərarlarına uyğunlaşdırırıq”.
ADP Ali Məclisinin sədri Akif Şahbazov isə APA-ya açıqlamasında blokun Sədrlər Şurasının mitinq qərarı verməyə səlahiyyətli olmadığını qeyd edib: “Bu məsələ ayrı-ayrı partiyalarda müzakirə edilib sonra Sədrlər Şurasına çıxarılmalıdır. Ola bilər ki, mitinq keçirmək ideyası partiyalarda müzakirə olunacaq. Amma etiraf edim ki, ADP-nin bugünkü mövqeyi ilə yenidən mitinq taktikasının seçilməsində ziddiyyət var və bu məsələ partiyada müzakirə edilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR