Bank Of Baku

Tahir Tağızadə: “Ərazi bütövlüyünü bərpa etmək hüququnu Azərbaycanın əlindən heç kim ala bilməz”

Tahir Tağızadə: “Ərazi bütövlüyünü bərpa etmək hüququnu Azərbaycanın əlindən heç kim ala bilməz”
# 31 yanvar 2007 11:57 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə Niderlandda səfərdə olan Ermənistanın XİN başçısı Vardan Oskanyanın Azərbaycan ordusunun qüvvəsini sual altına alması və Azərbaycanın Ermənistana qəsd etməyə heç vaxt cəsarət etməyəcəyi ilə bağlı bəyanatına münasibət bildirərək deyib. T.Tağızadə bildirib ki, Azərbaycan heç vaxt hansısa ölkənin ərazi bütövlüyünə qarşı çıxmayıb və heç bir dövlətin suverenliyinə qəsd etməyib.
V.Oskanyanın həmsədrlərin təkliflərini məntiqi adlandıraraq, “Həmin təkliflər nizamlanmada əksini taparsa, münaqişə ermənilərin ümummilli maraqlarına zidd olmayan, Dağlıq Qarabağ xalqının özünün müqəddəratını təyin etmək hüququnu, Ermənistanla fasiləsiz əlaqə və təhlükəsizliyini təmin edən prinsiplər çərçivəsində həllini tapacaq” sözlərinə də münasibət bildirən T.Tağızadə Ermənistan XİN başçısının sözlərinə düzəliş etmək məcburiyyətində qaldığını vurğulayıb: “Söhbət Dağlıq Qarabağ xalqından yox, bu regionun həm Azərbaycan, həm də erməni icmasından ibarət olan əhalidən gedir. Bu əhalinin özünün müqəddəratını təyin etmək hüququ var, lakin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində... Bu isə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət ola bilər. Ermənistanla Dağlıq Qarabağın əlaqələrinə gəldikdə, təbii ki, Dağlıq Qarabağın erməni diasporunun Ermənistanla əlaqədə olmaq hüququ var, lakin eyni zamanda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə maneəsiz əlaqədə olmaq hüququ var. Bununla bağlı biz dəfələrlə bu iki yolu nəzərdə tutan geniş infrastruktur layihəsi barədə bəyan etmişik. Təhlükəsizliyə gəldikdə, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, nizamlanmanın birinci mərhələsində Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi və qarşılıqlı inamın möhkəmləndirilməsi komponenti var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR