Bank Of Baku

Məhəmməd Əmin Rəsulzadənin doğum gününün 123-cü ildönümü ilə bağlı onun Novxanıdakı heykəli önündə tədbir keçirilib

Məhəmməd Əmin Rəsulzadənin doğum gününün 123-cü ildönümü ilə bağlı onun Novxanıdakı heykəli önündə tədbir keçirilib
# 31 yanvar 2007 12:03 (UTC +04:00)
Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 123-cü ildönümü ilə bağlı müxalifət partiyaları onun Novxanıdakı heykəli önündə tədbir keçiriblər. Bu barədə APA-ya Müsavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Tədbirdə Müsavat rəhbərliyi, deputatlar, ziyalılar iştirak edib. Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu onun həyat və fəaliyyəti barədə danışıb. Millət vəkili Pənah Hüseyn, KXCP sədri Mirmahmud Mirəlioğlu, Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və Müsavat başqanı İsa Qəmbər çıxış ediblər. Tədbir iştirakçıları Rəsulzadənin Novxanı qəbiristanlığında dəfn olunmuş yaxınlarının məzarlarını da ziyarət ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR