Bank Of Baku

Şəmsəddin Hacıyev: “Təhsil haqqında” qanun layihəsində tələbə qəbulu ilə bağlı yenilik yoxdur”

Şəmsəddin Hacıyev: “Təhsil haqqında” qanun layihəsində tələbə qəbulu ilə bağlı yenilik yoxdur”
# 31 yanvar 2007 14:18 (UTC +04:00)
“Təhsil haqqında” qanun fevral ayı ərzində parlamentin müzakirəsinə çıxarılacaq. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Ş.Hacıyev deyib ki, bir aydan artıqdır, “Təhsil haqqında” qanun layihəsi rəy verilməsi üçün 60 ünvana, o cümlədən nazirlik və komitələrə göndərilib. Onların əksəriyyəti layihəyə müsbət rəy verib: “Rəylərdə konstruktiv təkliflər də var. Bunların hamısı nəzərə alınacaq”. Ş.Hacıyev qanun layihəsində tələbə qəbulu ilə bağlı yeniliyin olmadığını da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR