Bank Of Baku

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dəyirmi masa keçirilib

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dəyirmi masa keçirilib
# 31 yanvar 2007 14:39 (UTC +04:00)
“Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsinə həsr edilən dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Hüquqşünaslar Forumunun üzvü Ənnağı Hacıbəyli bildirib ki, bu haqda qanun 1992-ci ildə qəbul edildiyindən, yenidən işlənməsinə ehtiyac var. O, layihənin müəllifinin Hüquqşünaslar Forumu olduğunu da xatırladıb: “Qanun layihələrinin hazırlanması Milli Məclisə dəstək məqsədi daşıyır”.
Layihənin müəlliflərindən Qulamhüseyn Əlibəyli qanun layihəsi haqda məlumat verib. O, qanun layihəsində yeniliklərin olduğunu da söyləyib: “Siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı müddəaların qanunda nizamlanmaması çoxlu problemlər yaradırdı. Bu səbəbdən qanun layihəsinin beşinci fəsli siyasi partiyaların maddi təminatına həsr edilib. Burada bir neçə variant təklif edilib. Əsas meyar seçkidə səslərin toplanması olsa da, bundan asılı olmayaraq, partiyaların minimum xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması da təklif olunub”.
Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev qanun layihəsində bəzi çatışmazlıqların qaldığını söyləyib: “Layihədə yeniliklər olsa da, partiyaların imkanlarının təkcə parlament seçkisi vasitəsilə müəyyənləşdirilməsi düzgün deyil. Prezident və bələdiyyə seçkilərinin nəticələri də nəzərə alınmalıdır”. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə qanun layihəsini qənaətbəxş hesab etdiyini deyib. Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu partiyaların böyük və kiçikliyinə say fəlsəfəsi ilə yanaşmağın tərəfdarı olmadığını bildirib: “Partiya ideoloji baxışdır. Burada say götürmək düzgün deyil. Maliyyələşdirmə məsələsində isə səslərin hesablanması kriteriyalara bölünməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR