Bank Of Baku

Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həlli Qoran Lenmarkerin bölgəyə səfərinin prioritet mövzusu olacaq

Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həlli Qoran Lenmarkerin bölgəyə səfərinin prioritet mövzusu olacaq
# 02 fevral 2007 16:16 (UTC +04:00)
Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həlli və bu prosesdə ATƏT-in rolu qurumun Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin bölgəyə səfərinin prioritet mövzuları olacaq. Bu barədə APA-ya ATƏT PA-nın Kopenhagendə yerləşən baş ofisindən məlumat verilib. Azərbaycana səfəri zamanı Q. Lenmarker prezident, baş nazir, parlament üzvləri, müxalifət nümayəndələri, QHT təmsilçiləri və media mənsubları ilə görüşəcək. Xatırladaq ki, Q. Lenmarker 4-9 fevral tarixlərində Cənubi Qafqazda olacaq, daha sonra fevralın 11-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Türkmənistana gedəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR