Bank Of Baku

Brüsseldə Güney Azərbaycan xalqının BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına qəbulu ilə bağlı mərasim keçirilib

Brüsseldə Güney Azərbaycan xalqının BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına qəbulu ilə bağlı mərasim keçirilib
# 03 fevral 2007 07:59 (UTC +04:00)
Fevralın 2-də Brüsseldə Güney Azərbaycan xalqının Birləşmiş Millətlər Təşkilatında (BMT) Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı - UNPO-nun üzvlüyünə qəbul olunması ilə bağlı mərasim keçirilib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, GAMOH lideri Mahmudəli Çöhrəqanlı UNPO-nun yığıncağında Güney Azərbaycandakı siyasi, iqtisadi, ictimai və mədəni vəziyyət barədə çıxış edib. O, Azərbaycanın tarixi ilə bağlı iştirakçılara məlumat verib və ölkənin Gülüstan müqaviləsi nəticəsində parçalandığını deyib. İrandakı hərəkatın məqsəd və məramlarından danışan M. Çöhrəqanlı xalqın müxtəlif dövrlərdə məruz qaldığı zülm və soyqırımlar haqqında məlumat verib. Sonra M. Çöhrəqanlı Avropa Parlamentində bir sıra görüşlər keçirib. Bu gün isə o, Avropa Parlamentinin İran məsələləri üzrə məsul nümayəndəsi Paulo Kuluko ilə görüşəcək. Görüşdə İrandakı siyasi məhbusların vəziyyəti, o cümlədən Abbas Lisani və başqa məhkumların durumu diqqət mərkəzində olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR