Bank Of Baku

Sabah Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Bakıya səfəri başlayır

Sabah Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Bakıya səfəri başlayır
# 05 fevral 2007 10:33 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin missiyası fevralın 6-7-də Bakıda səfərdə olacaq. Missiyaya Konqresin təmsilçisi Korolin Martin, Konqresin keçmiş üzvü, ekspert Ouen Masters və Norveç Yerli Hakimiyyətlər Assosiasiyasının üzvü Elita Sakule daxildir. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindən APA-nın Avropa bürosuna verilən məlumata görə, səfərin məqsədi yerli hakimiyyətlərin fəaliyyəti ilə bağlı qiymətləndirmə aparmaqdır. Missiya üzvləri Prezident Aparatı, Ədliyyə Nazirliyi, beynəlxalq təşkilatların nümayəndələri, yerli assosiasiyaların üzvləri ilə görüşlər keçirəcək, keçən ilin sonunda Azərbaycanda yaradılmış kənd, qəsəbə və şəhər yerli hakimiyyətlər assosiasiyalarının qurulması işi ilə maraqlanacaq, lazımi tövsiyələr verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR