Bank Of Baku

ABŞ-ın Minnesota və İllinoys ştatlarında Azərbaycan diaspora qurumları yaradılacaq

ABŞ-ın Minnesota və İllinoys ştatlarında Azərbaycan diaspora qurumları yaradılacaq
# 05 fevral 2007 10:48 (UTC +04:00)
ABŞ-ın Minnesota və İllinoys ştatlarında yaşayan azərbaycanlılar diaspora qurumu şəklində təşkilatlanmaq niyyətindədir. Bu barədə APA-nın yeni fəaliyyətə başlamış ABŞ bürosuna hazırda bu ölkədə səfərdə olan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət KOmitəsinin Şimali Amerika ölkələri ilə əlaqələrə cavabdeh 5-ci şöbəsinin müdir müavini Rəşad Qasımov məlumat verib. Onun sözlərinə görə, hazırda ABŞ-ın ayrı-ayrı bölgələrində azərbaycanlıların 11 cəmiyyəti aktiv fəaliyyət göstərir. Bu cəmiyyətlərdən 3-ü Kaliforniya, 2-si Texas, 1-i Nyu-Cersi, 1-i Mayami, 1-i Florida ştatında, 1-i isə Vaşinqton şəhərində yerləşir. Rəşad Qasımov bildirib ki, bu ölkədə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin sayı artdıqca Amerika Azərbaycanlıları Cəmiyyətləri Assosiasiyasının yaradılması şansı çoxalacaq. Bu gün Kaliforniyanın San-Fransisko və San-Xose şəhərlərində yaşayan soydaşlarımızla görüşən komitə təmsilçisi onların gələn ay Bakıda keçiriləcək Azərbaycan və Türk Diasporlarının I Forumunda iştirakı məsələsini müzakirə edib. Görüş zamanı bu şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının milli geyimlər və bayraqlar, Azərbaycan dilinin tədrisi üçün audio-video materiallarla təmin olunması məsələsi müzakirə edilib. San-Fransiskoda 2004-cü ildən fəaliyyət göstərən Şimali Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Lütfəliyevin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, təmsil etdiyi təşkilatın milli atributlarla təminatı reallaşarsa, o zaman cəmiyyət hər il San-Fransiskoda keçirilən Dünya Millətlərinin Ənənəvi Festivalında Azərbaycanı layiqincə təmsil edə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR