Bank Of Baku

AMİP İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirmək niyyətindədir

AMİP İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirmək niyyətindədir
# 05 fevral 2007 11:44 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) gələn həftədən İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarına başlamaq niyyətindədir. AMİP-in təbliğat və mətbuat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, partiyanın Siyasi Şurasında bununla bağlı qərar qəbul olunub. O bildirib ki, aksiyalarda məqsəd İrandakı azərbaycanlı fəalların həbsinə etiraz etməkdir. AMİP piketlərə icazə verilməsi üçün yaxın günlərdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyə hazırlaşır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR