Bank Of Baku

Strasburqun Mark Blok Universitetində azərbaycanlı tələbələrin doktorluq müdafiəsi keçirilir

Strasburqun Mark Blok Universitetində azərbaycanlı tələbələrin doktorluq müdafiəsi keçirilir
# 08 fevral 2007 09:52 (UTC +04:00)
Bu gün Strasburqda Azərbaycan Dillər, eyni zamanda Strasburqun Mark Blok universitetlərinin doktorantları Nazim Səmədov, Təranə Hüseynova və Nəzakət Balacayevanın Mark Blok Universitetində (MBU) doktorluq müdafiələri başlayıb. APA-nın Avropa bürosunun məlumatına görə, adi çəkilən tələbələr Azərbaycan Dillər Universiteti ilə MBU arasinda aparılan tələbə mübadiləsi çərçivəsində Strasburqda ilk doktorluq işini müdafiə etmiş olacaqlar. Doktorantlardan Nazim Səmədov "Radioda neologizmlər tendensiyası; “Radio France İnternational”a əsasən verilmiş analiz", Təranə Hüseynova "İlkin mərhələdə fransız dilinin xarici dil kimi tədrisi", Nəzakət Balacayeva isə "Müasir fransız dilinin müxtəlifliyi; “Le Monde” qəzetinə istinadən jarqon sözlərin ümumi dildə işlədilməsi" mövzusunda işləri müdafiə edirlər.
Müdafiədə MBU-nun müəllimi Jan-Kristof Pela, Nansi Universitetindən Filip Riley, Serji-Pontuaz Universitetindən Jan Pruvost, İsveçrənin Sürix Universitetindən Martin-Dyetrix Qlesjen, eləcə də ADU-nun müəllimləri - dosent Rəşid Cabbarov və professor Kamal Dadaşov münsiflər heyəti qismində iştirak edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR