Bank Of Baku

Mübariz Əhmədoğlu: “Rusiya siyasi rəqabətdə ABŞ-a uduzur”

Mübariz Əhmədoğlu: “Rusiya siyasi rəqabətdə ABŞ-a uduzur”
# 08 fevral 2007 10:20 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu 2007-ci ilin yanvar ayı üçün beynəlxalq və regional ictimai-siyasi proseslərin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu İraqın şimalında yaranan vəziyyəti təhlil edərək bildirib ki, bu vəziyyət Türkiyəni daha çox narahat edir. O, Türkiyənin İraqın şimalında hərbi əməliyyat keçirəcəyini istisna etməyib. M. Əhmədoğlu Rusiyanın nüfuz mübarizəsində ABŞ-a uduzduğunu da diqqətə çatdırıb: “ABŞ Çexiya və Polşada raket hücumundan müdafiə sistemlərini yerləşdirməklə bağlı bir sıra tədbirlər həyata keçirir. Rusiya isə bunu özü üçün təhlükə hesab edir”. ABŞ-ın İran siyasətinə də münasibət bildirən politoloq Tehranın vəziyyətdən çıxış yolu tapmaq üçün regionda manevr etdiyini söyləyib. M. Əhmədoğlu Qars-Axalkələk-Tiflis-Bakı dəmiryolu xəttinin reallaşması məqsədilə atılan addımı bölgənin inkişafı üçün ciddi uğur adlandırıb. O, Ermənistanın regionda həyata keçirilən bütün layihələrdən kənarda qaldığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR