Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Yaxın günlərdə müxalifətin yeni güc mərkəzi formalaşacaq”

Mirmahmud Mirəlioğlu: “Yaxın günlərdə müxalifətin yeni güc mərkəzi formalaşacaq”
# 08 fevral 2007 10:42 (UTC +04:00)
“Müxalifətin vahid güc mərkəzi kimi fəaliyyət göstərəcək qurum yaxın günlərdə formalaşacaq”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, siyasi qüvvələr arasında danışıqlar davam edir və yaranacaq mərkəzin siyasətdəki boşluqları dolduracağına əmindir. Mərkəzdə hansı partiyaların təmsil olunacağı haqda məlumat vermək istəməyən M. Mirəlioğlunun sözlərinə görə, yaxın günlərdə bununla əlaqədar tədbir keçiriləcək və burada qurumun strukturu, fəaliyyət istiqamətləri açıqlanacaq. O, müxalifət daxilində baş verən proseslərə də münasibət bildirib: “Heç nədən hay-küy yaradılır. Əslində siyasi səhnədə hər kəs öz yerindədir və heç kim indiyə qədər yerini dəyişməyib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR